“WhatsApp” Rusiya bazarını tərk etməyə hazırlaşmalıdır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya parlamentinin informasiya texnologiyaları komitəsini sədrinin müavini Anton Qorelkin deyib.

O bildirib ki, Meta şirkəti Rusiyada ekstremist təşkilat kimi tanınıb.

“Meta” hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, şirkətin “Facebook” və “Instagram” sosial media platformaları 2022-ci ildən bəri Rusiyada qadağan olunub.