
Heftelik.az Teleqraf-a istinadən xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərində yerləşən rəsmi adı “2 Rivers Group” olan və “Coral Energy” adı ilə tanınan neft ticarəti şirkətinin səhmdarıdır.
Məlumata görə, bu şirkət Rusiya neftinin mənşəyini gizlədərək ticarətini həyata keçirir.
“2 Rivers Group” şirkətinin Rusiyanın kölgə donanmasındakı (beynəlxalq nəzarət və sanksiyalardan yayınmaq məqsədilə istifadə olunan, mənşəyi və sahibliyi gizlədilən donanma) gəmilərin böyük hissəsinə nəzarət etdiyi bildirilir.
Avropa İttifaqı Əhməd Kərimova Rusiya Federasiyasının əsas gəlir sahəsi olan neft sektoruna qoyulan qadağaları pozduğu üçün sanksiya tətbiq edib.
Qeyd edək ki, Ə.Kərimovun adı Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə salınıb.