Siyəzən rayonunun Beşdam kəndində “Nissan” markalı minik avtomobilinin idarəetməni itirərək yolda aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, yanğın nəticəsində “Nissan” markalı minik avtomobilinin yanar hissələri və dağlıq ərazidə 18 ha sahədə quru ot və kol-kos yanıb yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.