Kəlbəcərdə bədbəxt hadisə

19 İyul 2025, 16:08

Kəlbəcərdə bədbəxt hadisə baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qamışlı kəndində qeydə alınıb.

Kənd sakini 1962-ci təvəllüdlü R.Baxışov kənd ərazisində qayadan yıxılıb. 63 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.