Spirtli içki, narkotik və qumar səbəbilə ailəsini maddi çətinliyə salan şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti məhdudlaşdırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Belə şəxslərə himayəçi təyin olunur və əqdlər üçün onun razılığı tələb edilir. Lakin həmin şəxs vurduğu ziyana görə məsuliyyət daşıyır. Bu, ailənin hüquqi və sosial müdafiəsinə xidmət edir.