Culfada avtomobil ana və qızını vurub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib.
Rayonun Yaycı kənd sakini, 1993-cü il təvəllüdlü Naim Rəhimovun idarə etdiyi “BMW” markalı avtomobil həmin kənd sakinləri – 1981-ci il təvəllüdlü Tərifə Kələntərova və 2017-ci il təvəllüdlü qızı Nur Kələntərovanı vurub.
Hər iki şəxs xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. N. Kələntərova Bakıdakı xəstəxanaya təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.