Çin Əfqanıstana pambıq ixracına başlayıb.

Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.

Əfqanıstanın toxuculuq sektorunu inkişaf etdirməsi üçün pambığa ehtiyac var. Bu baxımdan Çində idxal olunan pambıq Əfqanıstanda toxuculuq sektoru üçün önəmlidir.

Çin pambıq lifi ilə bərabər Əfqanıstana toxuculuq maşınları da ixrac edir.

Yeni logistika marşrutlarına da diqqət artıb. Yeni logistika marşrutları Əfqanıstanın idxal və ixrac potensialını artıracaq.

Ekspertlər Çin və Əfqanıstan arasında ticarətin inkişaf perspektivinə müsbət yanaşırlar.Yeni nəqliyyat dəhlizləri regionda əməkdaşlığı gücləndirəcək.