Çin və Əməkdaşlıq Şurası (GCC) ölkələri arasında valyuta mübadiləsi üzrə sazişlər imzalanıb.

Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.

Bu saziş sanksiyalara qarşı yeni alternativ kimi nəzərdə tutulur. Bu da təsadüfi deyil. Çünki günümüzdə iqtisadi sanksiyaların əsas variantlarından biri valyuta ilə bağlıdır. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda da bunu daha aydın görmək olar. Buna görə də Çin bu təhdidləri önləmək üçün addımlar atır.