Əgər mediada şərəfə və nüfuza ziyan vuran məlumatlar yayımlanarsa, onlar təkzib edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə qeyd olunub.
Həmçinin, zərərçəkən şəxs mediada öz cavabını dərc etdirə bilər. Rəsmi sənədlərdə yer alan yanlış məlumatlar isə dəyişdirilməlidir. Bu mexanizm şəxslərin nüfuzunun qorunmasına xidmət edir.