Çin tikinti maşınları ixracında 13% artım nümayiş etdirib.

Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.

Bu istiqamətdə qazma maşınları, beton qarışdırıcıların xüsusi çəkisi ar. Paralel olaraq ölkəyə dəmir, alüminium idxalı artır.

Çin həm də hazırda bir çox dünya ölkələrində limanların yenidən qurulması, yeni dəmiryolu və avtomobil yollarının çəkilməsində fəal iştirakı ilə diqqət mərkəzindədir. Çin şirkətləri gələcəkdə həmin limanların, dəmiryolu və avtomobil yollarının idarəetməsini həyata keçirməklə çəkilən xərclərin qarşılanmasını təmin etmək strategiyasına üstünlük verirlər. Bu, həm də Çinin dünyada nüfuzunun və təsirin artmasına yönəlib.