41 yaşlı qadın bıçaqlandı

22 İyul 2025, 08:46

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadın verdiyi məlumata görə, insident şəhər ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü F. İbrahimova döş qəfəsindən aldığı kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.