Çin tikinti maşınları ixracında 13% artım nümayiş etdirib.

Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.

Çindən idxal edilən kənd təsərrüfatı məhsullarında da artım müşahidə edilib. Çinin idxalında soya, ət və  meyvə-tərəvəzin, ixracında elektronika və maşın hissələrinin artımı diqqət çəkir.

Çində daxili bazarda qiymətlərin sabit saxlanılması da mühüm məqamlardan biridir. Bütün bunlar Çinin dünyanın əsas iqtisadi güc mərkəzinə çevrilməsi strategiyasına xidmət edir. Çin ardıcıl iqtisadi uğurları ilə bu məqsədinə nail olmağa çalışır.