Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar insan tələfatəna yol açıb.
Heftelik.az-ın məlumatına görə, musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub.
Ən azı 242 nəfər ölüb.
Yağışlardan ən çox Pəncab əyalətinin zərər gördüyü, bölgədə ölənlər arasında 40 qadın və 104 uşağın olduğu bildirilir. Pəncabda ümumilikdə 135 nəfər həlak olub, 470 nəfər isə yaralanıb.
Musson yağışlarının başlamasından bu yana 804 evə zərər dəyib.