Sumqayıt sakini döyülərək aldığı xəsarətlərdən ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında şəhərin Sülh küçəsində qeydə alınıb.

Küçədə döyülərək başından ağır xəsarətlər alan 1981-ci il təvəllüdlü Aslan Bağırov xəstəxanaya çatdırılıb. O, bu gün müalicə aldığı xəstəxanada ölüb.

İlkin məlumata görə, A. Bağırov küçədə oğlu tərəfindən döyülüb, daşla başına vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Aslan Bağırovun  yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki övladı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.