Dünyaşöhrətli rok ifaçısı, “Black Sabbath” qrupunun solisti Ozzi Osborn 76 yaşında vəfat edib.

Heftelik.az xəbər verir ki, bu haqda sənətçinin ailəsi məlumat yayıb.

Bildirilib ki, Ozzi Osborn bu gün səhər dünyasını dəyişib.

Qeyd edək ki, sənətçiyə 2019-cu ildə Parkinson xəstəliyi diaqnozu qoyulmuşdu. Özü iddia edirdi ki, xəstəliyə səbəb həkim məsuliyyətsizliyi olub. Belə ki, o baş-boyun əməliyyatı zamanı sinirlərinin zədələndiyini bildirmişdi.
Əlavə edək ki, mərhum sənətçi “Heavy Metal” janrının əfsanəvi simalarından biridir. “Crazy Train”, “Mr. Crowley”, “Mama, I’m Coming Home”, “Paranoid” kimi ifaları ona şöhrət qazandırıb.