Mülki hüquqlar və vəzifələr qanunvericilikdə və mülki hüquq prinsiplərinə uyğun olaraq əmələ gəlir.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Əsaslar arasında müqavilələr, dövlət aktları, məhkəmə qərarları, əmlak əldə edilməsi və əqli fəaliyyət nəticələri var. Zərər vurulması, əsassız varlanma və digər hərəkətlər də hüquq və vəzifə yaradır. Hüquqların əmələ gəlməsi dövlət qeydiyyatına da bağlı ola bilər.