ABŞ lazım gələrsə İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır.

Heftelik.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Donald Tramp İranın xarici işlər naziri Abbas Araqçının nüvə obyektlərinə hücumdan sonra ciddi ziyan dəyməsi ilə bağlı açıqlamalarına toxunub: “Xarici işlər naziri Abbas Araqçı İranın nüvə obyektləri ilə bağlı deyib ki, “zərər çox ağırdır, onlar məhv edilib”. Təbii ki, mən belə dedim və lazım gələrsə, yenə də edəcəyik!”.