Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Cəyli kəndində baş verib.
Kənddəki evlərdən birində qida qəbul edən 8 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin dəqiq səbəbi məlum deyil.
Araşdırma aparılır.