Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.
DİN Mətbuat Xidmətindən Heftelik.az-a verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
saat 18.19
Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında qanunsuz tikilən evlər sökülür.
Heftelik.az-ın məlumatına görə, Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, Abşeron dairəvi dəmir yolu xəttində, o cümlədən Nərimanov-Böyükşor və Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir.
Qeyd edilib ki, dəmir yolu xətti çəkilərkən mütləq mühafizə zolağı ayrılır. Bu zolağın eni 20-100 metr, bəzi yerlərdə daha artıq sahəni əhatə edir, xüsusilə yanğın təhlükəsizliyi, qəza kimi hadisələr nəzərə alınır: “ADY qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verir. Dəmir yolları ətrafındakı qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də əngəllər yaradır. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi nəzərdə tutulur. Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini çətinləşdirir”, – deyə o qeyd edib.
ADY rəsmisinin sözlərinə görə, qeyd edilən sıx məskunlaşma sakinlərin həyatını riskə atır, bu ərazilərdə qatarların qarşısına qəfil insan və heyvan çıxma halları intensivləşir, bu da bəzən faciə ilə nəticələnir: “Sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir. Onu da nəzərə almaq lazımdır ki, bu xətlərlə sutka ərzində orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir. Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir. Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac var.
Prezident İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsilə bağlı tədbirlər planına əsasən, Bakı və ətraf ərazilərdə dəmiryol nəqliyyatının əlçatanlığının artırılması məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Qaradağ–Güzdək, Yeni Suraxanı–Hövsan və Güzdək−Qaradağ dəmiryol xətlərinin bərpası, eyni zamanda, bu xətlər boyunca yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Məqsəd Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaq, özəl sektorun innovativ həllərlə proseslərə töhfə verməsini təşviq edəcək və iqtisadi rifahın artmasına şərait yaradacaq”.
B.Hacıyev qeyd edib ki, dəmiryol xətlərinə yaxın ərazilərdə inşa olunmuş fərdi evlər, obyektlər dövlət əhəmiyyətli layihələrin icrasında, o cümlədən dəmiryol xətlərinin bərpasında bir sıra çətinliklər törədir: “Yaşayış məntəqəsində əhalinin təhlükəsizliyinin təmin olunması, xüsusilə yanğın və qəza kimi hadisələrin fəsadlarının operativ şəkildə aradan qaldırılması, dəmir yolu nəqliyyatı obyektlərinin istismarına lazımi şəraitin yaradılması üçün həmin obyektlərin ətrafında hüquqi rejimli mühafizə zonası (təhkim zolağı) yaradılır. Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli Qərarı ilə dəmir yolunun mühafizə zonasının eni sahələrdə 24 metr, stansiyalarda isə ən azı 50 metr təşkil edir. Bu məsafələr daxilində, yəni təhkim zolağının hüdüdlarında hər hansı əsaslı tikinti işlərinin aparılmasına icazə verilmir. Lakin bu zonaların zəbt edilməsi, burada tikinti işlərinin aparılması yol hərəkəti təhlükəsizliyi tələblərinin pozulması ilə nəticələnir, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinə maneə yaranır”.
Onun sözlərinə gərə, qeyd olunan tikililər səbəbindən fövqəladə hallar zamanı relslərə giriş məhdudlaşır: “Xüsusi xilasetmə və təcili tibbi yardım xidmətlərinin texnikaları dəmiryol infrastrukturuna, eyni zamanda, həmin tikililərə tez bir vaxtda və ya ümumiyyətlə yaxınlaşmaq, operativ yardım göstərmək imkanını itirir, bu da hadisələrin fəsadlarının aradan qaldırılmasını ləngidir, faciənin miqyasının artması ilə nəticələnə bilir. Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidmət və təmir işlərini çətinləşdirir. Nəticədə təmir müddəti uzanır və bu da qatarların hərəkət qrafikində uzun müddət axsamalara səbəb olur. Dəmir yollarına ən yaxın məsafədə inşa olunmuş tikililər drenaj sistemlərinə, rabitə xətlərinə və elektrik təchizatına da zərər verir, xüsusilə keçidlərdə və stansiyalarda svetoforların və xəbərdarlıq nişanlarının görünməsini maneə törədə bilər.
Qeyd olunan hallar sakinlərin həyat və sağlamlığına real təhlükə yaradır. Tikililər relslərin yaxınlığında yerləşdikdə faciə riski artır – qatarların insanlarla toqquşmasından tutmuş, relsdən çıxaraq tikililəri dağıtmasına qədər. Qəza zamanı qatar xüsusilə döngələrdə yoldan çıxa bilər. Bu da ərazidəki tikililərdə dağıntılara və insan tələfatına səbəb ola bilər. Elektrikləşdirilmiş xətlərdə tikililərin relslərə yaxın olması naqillərlə təmas nəticəsində elektrik cərəyanı vurmasına səbəb ola bilər. Hərəkət vasitələrində yanğın baş verərsə, xüsusən də qatar təhlükəli yük (neft və neft məhsulları, kimyəvi maddələr) daşıyırsa, yanğın asanlıqla bitişik tikililərə keçə bilər. Relslərin yaxınlığındakı qanunsuz tikililər dəmir yollarına maddi ziyan vura bilər. Məsələn, relslərin yataqlarının qazılması ilə tikilən qanunsuz tikililər torpaq sürüşməsinə səbəb ola bilər. Bu da öz növbəsində dəmiryol qəzalarının olmasına birbaşa səbəb ola biləcək amillərdən biridir. Dəmiryol yaxınlığında yerləşən maneələr qatarların yüksək sürətlə hərəkət etdiyi hallarda da qəzalara səbəb ola bilər. Buna görə də qatarların sürəti aşağı salınır, bu da gözlənilən xidmət keyfiyyətinə təsir edir”.
B.Hacıyev əlavə edib ki, qatarın qarşısına qəfil insan və heyvan çıxma halları, qatarların təcili tormozlanması halları intensivləşir. Bu da həm dəmiryol xətlərini müəyyən edilməmiş yerlərdən keçən insanların, həm də qatardakı sərnişinlərin, qatar heyətinin həyatına təhlükə törədir. Bu cür qanunsuz məskunlaşma gələcəkdə zərurət yarandığı halda dəmiryol xətlərinin genişləndirilməsinə imkan vermir.
“Hazırda Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə sahələrində dəmir yollarının mühafizə zolağı və dəmiryol xətləri arasındakı sıx məskunlaşma ərazisində qeyd edilən problemlər özünü daha qabarıq göstərir. Həmin ərazidən qatarlar təhlükəsizlik məqsədilə aşağı sürətlə hərəkət edir, insanların qatarların qarşısına qəfil çıxma və qatarların təcili tormozlanması halları qeydə alınır. Həmin xətlərdə və ümumiyyətlə, Abşeron dairəvi marşrutu üzrə son 9 ildə qatarın qarşısına qəfil insan çıxması nəticəsində 48 toqquşma hadisəsi olub, 14 nəfər ölüb, 31 nəfər isə ciddi bədən xəsarəti alıb. Eyni zamanda, təkcə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə insanların təhlükə yaşaması və qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə qrafikdən çıxması qeydə alınıb. Bütün bu qeyd edilənlərdən də göründüyü kimi, Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə xətləri arasındakı ərazidə məskunlaşmış insanlar ciddi təhlükə ilə üz-üzədir. Nəzərə alsaq ki, hər iki tərəfdən dəmiryol xətləri ilə əhatə olunmuş bu əraziyə təcili yardım, yanğınsöndürən maşınların və digər qəza-bərpa işlərini həyata keçirən maşın və mexanizmlərin girməsi qeyri-mümkündür, bu halda burada yaşayan insanlar daim ciddi təhlükə altındadırlar. Xüsusilə bu ərazidə baş verən hər hansı yanğın və ya qəza hadisəsi zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil ola bilməməsi hadisələrin miqyasının genişlənməsinə və təəssüf ki, insan tələfatı ilə nəticələnən çox böyük fəlakətə gətirib çıxara bilər”, – deyə o qeyd edib.
ADY rəsmisinin sözlərinə görə, qurumun qanunsuz tikililərin, müvafiq sənədləri, çıxarışı olmayan yaşayış və qeyri-yaşayış obyektlərinin monitorinqini aparır, qanunsuz tikililərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verir.
“ADY əhalinin sıx məskunlaşdığı ərazilərdə zərurət olduğu hallarda çəpərləmə işləri də aparır. Lakin bəzən sakinlər yollarını qısaltmaq üçün həmin çəpərləri sökür və qatar yoluna çıxaraq hərəkətin təhlükəsizliyi üçün risk yaradır. ADY bu kimi hallarla mübarizə aparır, sakinlərin, sərnişinlərin, piyadaların təhlükəsizliyi üçün infrastrukturu sağlamlaşdırır. Çəpərləmələr zərurət olduğu yerlərdə, fövqəladə hallar zamanı hərəkətə mane olmayacaq şəkildə və ətrafdakı hərəkəti məhdudlaşdırmadan beynəlxalq təcrübə və normalara əsasən həyata keçirilir. Həmçinin dəmir yolları ətrafında yerləşən məktəblərdə təhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, şagirdlərə dəmir yolundan istifadə qaydaları öyrədilir, eləcə də dəmir yolu ətrafında təsərrüfat sahibi olan sahibkarlarla, fermerlərlə