Çin və Gürcüstan arasında ticarət dövriyyəsində tərəvəz önə çıxır.
Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.
Çin qonşu ölkədən pomidor, xiyar, kartof alır. Bu ölkəyə ixraca gəlincə, elektronika malları və avtomobillər qeyd olunmalıdır.
Çin və Gürcüstan arasında ticarət dövriyyəsinin artmasında Orta Dəhliz mühüm rol oynayacaq. Hər iki ölkə Orta Dəhliz üzərində yerləşir. Orta Dəhliz ümumən Çin və Avropa arasında ticarət dövriyyəsinin artımını şərtləndirəcək.