“Milan”ın keçmiş hücumçusu Luka Yoviç yaxın zamanda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah” futbol klubunun oyunçusu olacaq.
Heftelik.az xəbər verir ki, bu barədə “UAE Sport News” məlumat yayıb.
Mənbənin məlumatına görə, BƏƏ klubu yaxın zamanda transferi tamamlayacaq.
27 yaşlı serb ildə təxminən 7 milyon avro qazanacaq.
İyun ayının sonunda Yoviç müqaviləsinin başa çatması ilə əlaqədar “Milan”ı tərk edib.
O, 2023-cü ildən “Milan”ın şərəfini qoruyub, 47 oyun keçirib, 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha əvvəl isə hücumçu “Fiorentina”, “Real Madrid”, “Ayntraxt”, “Benfika” və “Srvena Zvezda”da çıxış edib.