Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib.

Heftelik.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, iyulun 23-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Məmmədov Aslan Araz oğlu uzunsürən xəstəlikdən sonra vəfat edib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.