
Heüftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, o bildirib ki, əməkdar artist Ədalət Şükürov onu hər görəndə, 300 manat pul verirmiş:
“Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə, harda görürdüsə, mənə pul verirdi. Sözün düzü, mən də pulu götürürdüm. Yeganə adamdır ki, Ədalət Şükürovdan götürmüşəm. Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir? Yəqin elə bilir ki, kasıbam, çox pis vəziyyətdəyəm. Bir gün hardasa oturmuşduq. Ədalət məni yanına çağırdı. Əlini də cibinə salmışdı. Dedim ki, çox xahiş edirəm, daha mənə pul verməyin. Soruşdu, niyə? Cavab verdim ki, özümü çox pis hiss edirəm”.
Ədalət Şükürov isə Elgizin dediklərini “zarafat” adlandırıb. Müğənni Bakupost.aa-a deyilənlərin doğru olmadığını bildirib:
“Elgiz zarafat edib, bütün saytlar da bunu yazıb. Mən ona pul verməmişəm. Bilmirəm, o niyə elə deyib. Ola bilsin, zarafat edib”.