UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün Dublin şəhərində “Şelbrun”la (İrlandiya) qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib.
Heftelik.az-ın məlumatına görə, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Report-a bildirib ki, monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən səfərə aparılmayıb.
Qeyd edək ki, “Şelburn” – “Qarabağ” oyunu bu gün, Bakı vaxtı ilə saat 22:45-də “Tolka Park”da start götürəcək.