Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə,  ədliyyə naziri Fərid Əhmədovun Əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Sahib Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.