Suriya müdafiə qabiliyyətini gücləndirmək və İŞİD başda olmaqla, bütün terror təşkilatları ilə mübarizə aparmaq üçün Türkiyədən rəsmən hərbi dəstək istəyib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu tələbə əsasən, Suriyanın müdafiə qabiliyyətini artırmaq üçün Türkiyənin təlim, məsləhət və texniki dəstək vermək səyləri davam edir.