Türkiyənin Eskişehir vilayətinin Seyitqazi rayonunda baş verən meşə yanğını küləyin təsiri ilə güclənərək ətraf rayonlara da yayılıb.
Heftelik.az-ın məlumatına görə, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Eskişehir deputatı Nebi Hatipoğlu yanğınsöndürmə əməliyyatında iştirak edən 11 meşə təsərrüfatı işçisinin və könüllünün həyatını itirdiyini açıqlayıb.
Yanğının nəzarətə alınması yönündə səylər davam edir.