Arif Babayevin durumu ağırdır

24 İyul 2025, 15:35

Xalq artisti, professor Arif Babayevin vəziyyəti ağırlaşıb.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

, Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilməsi üçün hazırlıq işləri görülür.

TƏBİB-dən bildirilib ki, 23 iyul saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.

Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır.