Çin Avropanın əsas elektrikli avtomobil təchizatçısına çevrilib.

Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.

Çin Avropanın əsas elektrikli avtomobil təchizatçısı mövqeyini möhkəmlədib. Çin Avropa ölkələrinə həm də elektrikli avtomobillər üçün litum batareyalarının satışında da fərqlənməkdədir. Elektrikli avtomobil sənayesinin inkişafı isə bir sıra xammalların ölkəyə idxalında artımı şərtləndirir. Təsadüfi deyil ki, Çinə litum, kobalt, dəmir idxalı ötən dövrdə artb.