Çinin Əfqanıstan və Ermənistanla ticarət dövriyyəsində maraqlı məqamlar məlum olub.
Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.
Bu ilin 4 ayında Çin Əfqanıstandan mərcimək və noxud idxalını artırıb, bu ölkəyə pambıq, kənd təsərrüfatı maşınları satır.
Ermənistandan isə Çinə meyvə və tərəvəz idxalı artır. Meyvələrdən alma və armud xüsusi qeyd edilə bilər. Ermənistana isə bu ölkədən elektronika, maşın hissələri gətirilir.