Şamaxıda magistral yolun şəhər ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadalar 46 yaşlı Kəmalə Rəfiyeva və onun qızı, 18 yaşlı Leyla Rəfizadəni vurub.
Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyadalar şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.