
Heftelik.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Azərbaycan müəllimi”nə açıqlamasında deyib.
Sonuncu dəfə təqaüdlərin 2023-cü ildə artırıldığını xatırladan nazirin müşavirinin sözlərinə görə, tələbələrin 50 faizindən çoxu təqaüd alır. Akademik göstəricisindən asılı olaraq, ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar: “Bu, Azərbaycanda insanların, xüsusən tələbələrin sosial rifahının yaxşılaşdırılması, təhsil imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın artırılması istiqamətində atılan mühüm addımdır. Bundan sonra tələbələrimiz nisbətən daha yaxşı təqaüd alacaqlar”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təhsilin bütün səviyyələri və pillələrində tələbələrin təqaüdləri artırılıb. Bu, ali təhsilin bütün səviyyələrinə, eləcə də peşə, orta ixtisas təhsilinə şamil olunub.