Goranboyda qətl hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.
İki qadın – 1978-ci il təvəllüdlü L. İsmayılova və onun anası 1948-ci il təvəllüdlü T. İsmayılova bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni L. İsmayılovanın 15 yaşlı oğlu S. Abdullayeva törədib.
S. Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.