Azərbaycan Yaxın Şərq regionunda mühüm rol oynaya bilər və artıq oynayır.
Heftelik.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərin sualını cavablandırarkən bildirib.
Səfir Azərbaycana danışıqların keçirilməsi üçün məkan təmin etdiyinə görə təşəkkürünü çatdırıb: “Azərbaycan Türkiyə və İsrailin yaxınlaşmasında mühüm və əsas rol oynayıb. Bakı həmçinin Yaxın Şərqin digər regional məsələlərində, o cümlədən Suriya ilə bağlı da mühüm rol oynayır”.
O, həmçinin qeyd edib ki, Azərbaycanın İbrahim sazişlərində, İsrailin digər ölkələrlə vasitəçiliyində və danışıqlarında iştirakı Bakının regionda inkişaf etdirdiyi nüfuzu və tərəflər arasında münasibətləri yaxşılaşdırdığını simvolizə edir.