Rusiyanın “Railgo” şirkəti ofislərində axtarış aparılması ilə bağlı məlumatları təkzib edib.
Heftelik.az-ən məlumatına görə, şirkətdən APA-ya bildirilib ki, bu gün – 25 iyul 2025-ci il tarixində “Railgo”nun ofisində iş adi ştat rejimində aparılıb.
***
saat 17.14
Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.
Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.
Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.