Əgər uşaq valideyn himayəsindən məhrumdursa, onun üzərində qəyyumluq və himayəçilik təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Məhkəmə valideynlik hüququnu ləğv etdikdə və ya valideyn öz övladına qarşı məsuliyyətsiz davranış göstərdikdə bu tədbir görülür. Bu addım uşağın hüquqlarının qorunmasına xidmət edir. Beləliklə, himayəsiz qalan uşaqlar dövlət nəzarətinə alınır.