“Bu sual Ermənistan tərəfinə verilməlidir. ABŞ şirkətləri ilə əməkdaşlıq onların öz işidir. Biz isə öz işimizlə məşğul oluruq: nəqliyyat əlaqələrimizi genişləndiririk, qonşularımız olan Gürcüstan, İran və Rusiya ilə təmaslar qururuq”.
Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Berliner Zeitung” nəşrinə müsahibəsində Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətlərinə verilməsi ilə bağlı sualı cavablandırarkən belə deyib.
O bildirib ki, bu cür əlaqələr bütövlükdə regiona fayda verə bilər:
“Əgər Ermənistan buna hazır olacaqsa, biz Transqafqaz nəqliyyat dəhlizini birgə inkişaf etdirmək istərdik”.