Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Yevlax şəhər ərazisində qeydə alınıb.
1962-ci il təvəllüdlü Mirzəyev İlham Məmmədiyyə oğlu 1978-ci il təvəllüdlü həmyerlisi Kərimov Habil Kərim oğlunu bıçaqlayıb.
Aldığı xəsarətlər nəticəsində Habil Kərimov həyatını itirib.
Məlumata görə, hadisə baş verən zaman şübhəli şəxs sərxoş vəziyyətdə olub.