Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində məsciddə dəhşətli qətl hadisəsi baş verib.

Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 16 radələrində dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda qeydə alınıb. 1990-cı il təvəllüdlü Səfərov Nadir Səfər oğlu yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib.

Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Elvin Elşad oğlunu saxlayıblar.
Məlumata görə, qətlə yetirilənin qəsəbədə hörmətli şəxs olduğu bildirilir.
Qətli törədən şəxs isə Vətən müharibəsi iştirakçısı, qazidir.
Faktla bağlı araşdırma aparılır.