Xəzər dənizinin Sumqayıt sahilində faciəvi hadisə baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Bakıdan Sumqayıt çimərliyinə gələn 15 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşib.
Onlara kömək etmək istəyən şəxs yeniyetmələrdən birini xilas edə bilsə də, digərinə kömək etmək istəyən zaman onunla birlikdə boğulub.

2009-cu il təvəllüdlü Cabbarov Əli və ona yardım etməyə çalışan şəxs həyatını itirib. Hazırda onların axtarışları davam etdirilir.