Yevlaxda zəlzələ oldu

27 İyul 2025, 22:06

Yevlax rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, yerli vaxtla saat 21.35-də baş verən 3 maqnitudalı zəlzələnin ocağı 30 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.