Çin qlobal kənd təsərrüfatı maşınları ixracçısına çevrilib.
Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.
Bu dövr ərzində Çin kənd təsərrüfatı maşınları ixracında dünya lideri mövqeyini möhkəmlədib. Çin dünya ölkələrinə traktorlar, biçən maşınları, suvarma sistemləri ixracı ilə fərqlənir. Çinin bu sahə üzrə ixtisaslaşan şirkətlərinin sayı və dünya bazarında rolu artmaqdadır. Çin bu şirkətlərinin dünya bazarında mövqelərinin möhkəmlənməsi üçün xüsusi dəstək proqramları həyata keçirir.