Çinin qaz idxalında Rusiyadan asılılığı artır.
Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.
Bu, gözlənilən tendensiya sayılır. Çünki Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib. Əvvəllər Rusiya qazı üçün əsas ixrac istiqaməti Avropa idisə, indi reallıq tamamilə fərqlidir. Ukrayna müharibəsindən sonra Avropa Rusiya qazından imtina etməyə başlayıb və bu, bu gün minimuma enib. Ona görə də hazırda Rusiya qazı və nefti üçün əsas bazar Çin sayılır. Çin Rusiyadan qazı boru kəmərləri və LNG formasında alır.