İstanbul Universiteti İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun magistr dərəcəsini və diplomunu ləğv edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İstanbul Universiteti məlumat yayıb.

Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomunun ləğvinə səbəb olaraq bakalavr təhsili tələbini yerinə yetirməməsi və tələbə statusu üçün şərtlərdə çatışmazlıq olması göstərilib.