Qəyyum və himayəçi, onlara həvalə olunan yetkinlik yaşına çatmayan şəxslərlə birlikdə yaşamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Ayrı yaşamaq yalnız qəyyumluq orqanının razılığı ilə mümkündür. Bu zaman uşağın hüquqlarının zərər görməməsi əsas şərtdir. Qəyyumlar yaşayış yerinin dəyişməsi barədə də müvafiq orqanlara məlumat verməlidirlər.