Şəkidə ağır yol qəzası olub.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillər toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.