Tailand və Kamboca arasında qeyd-şərtsiz atəşkəs elan olunub.
Heftelik.az xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahimin bəyanatında bildirilib.
Atəşkəs bu gün yerli vaxtla saat 00.00-dan (Bakı vaxtı ilə 20.00) qüvvəyə minəcək.
Xatırladaq ki, son günlər Tailand-Kamboca sərhədində hər iki ölkənin orduları arasında baş vermiş silahlı toqquşmalar nəticəsində ölən və yaralananlar olub, ümumilikdə 300 mindən çox adam yaşadığı əraziləri tərk etməyə məcbur qalıb.