Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün lisenziya vermək, lisenziya şərtlərinə riayət olunmasına nəzarət etmək sahəsində səlahiyyətli orqan müəyyənləşib.

Heftelik.az-ın xəbərinə görə, bu sahədə səlahiyyətli orqan Dövlət Turizm Agentliyi olacaq.

Dövlət Turizm Agentliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən, Agentliyin vəzifələri sırasına  qanunla müəyyən edilmiş hallarda və qaydada lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müəyyən etmək, lisenziya müqaviləsi bağlamaq və qanuna uyğun olaraq kazino oyunlarının keçirilməsi üçün kazino oyunları operatorunun cəlb edilməsinə dair müqavilələrin bağlanılmasına razılıq vermək də daxil edilib.