Gəlin, sağlığında biz qiymət verək,
Namusu, vicdanı düz olanlara.
Hər zaman onlarla biz fəxr edək,
Dosta, tanışlara, mərd olanlara.

Xəsislik etməyək tərif deməyə,
Həyatda zəhmətlə ucalanlara.
Gəlin motivasiya verib, inkişaf etdirək,
Vətəni tarixdə yaşadanlara.

Gəlin kömək edək tənha qalana,
Dərd qəlbini deşib “qocalanlara”.
Gəlin qınamayaq dərdini desin,
Vaxtsız bu dünyaya vida etməsin!

Vaxtsız dünyalarını dəyişmiş, lakin xatirələrimizdə əbədi yaşayacaq BDU ailəsinin üzvləri – BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini, kollektivin və tələbələrin sevimlisi, çox dəyərli, əvəzedilməz insan Daxil müəllimin və BDU-nun Eksperimental Elmi-Tədqiqat Psixologiya Laboratoriyasının əməkdaşı, Psixologiya kafedrasının saathesabı müəllimi , tələbələrin və iş yoldaşlarının dərin hörmətini qazanmış, gözəl, səmimi və yumorist insan Səbinə xanımın timsalında dünyasını vaxtsız dəyişmiş bütün insanlara həsr edirəm.

 

Kamilə Kazımova

Bakı Dövlət Universiteti Psixologiya kafedrasının dosenti,
psixologiya üzrə fəlsəfə doktoru, Klinik psixoloq-konsultant, hipnoterapevt,
APA-nın (Amerika Psixoloqlar Assosiasiyası)
Beynəlxalq Hipnoz Cəmiyyətinin üzvü (Fransa-Paris)