Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.

Heftelik.az xəbər verir ki, Şahin Şıxlinski Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib.

Şahin Şıxlinski Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır. Bununla belə, onun hansı maddə üzrə axtarıldığı göstərilmir.

Bir neçə gün öncə  Rusiya mediası Şahin Şıxlinski axtarışa verildiyi barədə məlumat yaymışdı.

Qeyd edək ki, iyulun 17-də Rusiya KİV-də Şahin Şıxlinski barədə federal axtarış elan edilməsi ilə bağlı məlumatlar dərc olunub. Məlumata görə, Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Xatırladaq ki, Şahın Şıxlinski iyulun 1-də Yekaterinburq şəhərində sərt şəkildə saxlanılıb, daha sonra sərbəst buraxılmışdı. Saxlanma zamanı hüquq-mühafizə orqanı əməkdaşlarından biri xəsarət alıb. Hadisə ilə bağlı Şıxlinskinin oğlu Mutvala Şıxlinski saxlanılıb və hazırda barəsində hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə cinayət işi açılıb. O, hazırda həbsdədir.